“Məyus və kədərliyik”

26 Mart 2023 12:00 Dünya futbolu 637
“Məyus və kədərliyik”

Polşanın baş məşqçisi Fernando Santos AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun Çexiya ilə matçından sonra (1:3) danışıb.

Sportinfo.az xəbər verir ki, o, rəqibin aqressiv əks-hücumlar etdiyini dilə gətirib:

“Meydandan yaxşı nəticə ilə ayrıla bilmədik. Çexlərin yaxşı oynadığını bilirdik, lakin buna baxmayaraq, onların öhdəsindən gələ bilmədik.

Rəqib çox aqressiv əks-hücumlarla bizi sıxırdı. Müdafiədən hücuma çox tez keçirdilər. Qısa bir zamanda oyunumuzu təhlil etməliyik.

Bizi qarşıda Albaniya ilə vacib oyun gözləyir. Məyus və kədərliyik. Müdafiə və hücum arasında hər zaman balans olmalıdır”.

Polşa millisi hazırda E qrupunda 0 xalla sonuncu, Çexiya isə 3 xalla birincidir.

Digər Xəbərlər
Xəbər Lenti