Ronaldodan daha bir...

25 Mart 2023 15:20 Dünya futbolu 301
Ronaldodan daha bir...

AÇ-2024-ün seçmə mərhələsinin Lixtenşteynlə ev oyun Portuqaliya milli komandasının hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı futbolçu doğma meydanda 4:0 hesablı qələbəyə sevindikləri bu oyunda yeni rekorda imza atıb.

Belə ki, Ronaldo milli komandaların heyətində ən çox oyun keçirən futbolçuya çevrilib. Lixtenşteynlə görüş onun beynəlxalq karyerasındakı 197-ci matç olub. Bu göstəriciyə görə o, dünya rekordçusuna çevrilib.

Ronaldo millidə keçirdiyi oyun sayına görə Küveyt yığmasının üzvü Bader Əl-Mutavanı geridə qoyub – 196 matç.

Ronaldo milli komandadakı qol sayına (120) görə də dünya rekordçusudur.

Digər Xəbərlər
Xəbər Lenti