UEFA bu millini AVRO-2024-dən uzaqlaşdırmaq istəyir

25 Mart 2023 01:30 Dünya futbolu 2 664
UEFA bu millini AVRO-2024-dən uzaqlaşdırmaq istəyir

UEFA İcraiyyə Komitəsi Belarus millisini Avropa çempionatının seçmə mərhələsində iştirakdan kənarlaşdıra bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib.

Bildirilib ki, aprelin 4-də UEFA İcraiyyə Komitəsi keçiriləcək və Belarus millisinin 2024-cü il Avropa çempionatının seçmə turnirindən kənarlaşdırılması məsələsinə baxılacaq.

Belə bir xahişlə UEFA prezidenti Avropa Parlamentinin deputatlarına müraciət edib.

Avro-nun seçmə mərhələsinin ilk mərhələsində Belarus İsveçrə ilə qarşılaşacaq. Qarşılaşma Serbiyada, Novi Sad şəhərindəki Karadjorde stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti