
Argentina millisinin kapitanı Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.
Sportinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu Panamaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununun 89-cu dəqiqəsində fərqlənib.
Oyunda hesabı 78-ci dəqiqədə Tyaqo Almada açıb.
Messi klub karyerasında 701, yığmada isə 99 dəfə rəqib qapılarına yol tapıb.
Lionel Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir.