Koronavirus klubların TRANSFER BAZARInı nə qədər çökdürüb?

19 Yanvar 2021 02:24 Dünya futbolu 592
Koronavirus klubların TRANSFER BAZARInı nə qədər çökdürüb?

Koronavirus pandemiyası futbolda transferlərin sayına da təsir göstərib.

Sportinfo.az xəbər verir ki, FIFA-nın 2020-ci ildə transferlərlə bağlı hesabatından belə bir qənaət hasil olunur.

Müxtəlif ölkələrin klubları arasındakı transferlərin ümumi sayı 17 077 olub ki, bu da 2019-cu illə müqayisədə 5,4 faiz azdır.

2010-cu ildən sonra ilk dəfə transferlərin sayı əvvəlki illə müqayisədə azalıb. FIFA bunu pandemiya ilə əlaqələndirib. Digər tərəfdən, futbolçular 2018-ci illə müqayisədə (16 547) klublarını tez-tez dəyişiblər.

Eyni zamanda, ötən təqvim ilində transferlərdə iştirak etmiş klubların sayında yeni rekord (187 milli federasiyadan 4 178 komanda) müəyyənləşdirilib ki, bu da yeni maksimumdur.

Transfer ödənişləri isə 23,4 faiz azalıb və 5,63 milyard ABŞ dolları təşkil edib. Bu, 2017 - 2019-cu illərdəki analoji məbləğdən aşağıdır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”