İsveçrəli Azərbaycan millisinə baş məşqçi təyin edildi - FOTOLAR

17 Oktyabr 11:20 Digər növlər 346
İsveçrəli Azərbaycan millisinə baş məşqçi təyin edildi - FOTOLAR

Üzgüçülük üzrə Azərbaycan millisini baş məşqçisi vəzifəsinə isveçrəli Luka Qabrilo təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 15 ildən artıq təcrübəyə malik mütəxəssis öncə İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb.

Rəhbərliyi altında Avropa və dünya çempionatlarında fərdi idmançılar və yığmalar medallara yiyələnib, Olimpiya Oyunlarında finallara vəsiqə qazanıb.

Peşəkar fəaliyyətinə İsveçrədə başlayan 44 yaşlı məşqçi 2010-2017 illərdə İsveçrə Üzgüçülük Federasiyası sistemində müxtəlif vəzifələrdə – komanda meneceri, baş məşqçi, Yüksək Nəticələr Mərkəzinin rəhbəri kimi çalışıb.

Daha sonra İsrail milli komandasının baş məşqçisi və Tokio 2020 Olimpiya Oyunlarında nümayəndə heyətinin rəhbərlərindən biri olub.

L.Qabrilo həmçinin Beynəlxalq Üzgüçülük Liqasında (ISL) çalışıb və bu müddətdə “Team Iron” komandasının baş məşqçisi olub.

Onun rəhbərliyi altında dünyanın müxtəlif ölkələrindən olan 36 yüksək səviyyəli idmançıdan ibarət komanda liqada çıxış edib və bir sıra uğurlara imza atıb.

12 illik fəaliyyətdən sonra Rəşad Əbdürəhmanov milli komandamızın baş məşqçisi vəzifəsindən ayrılıb və müşavir vəzifəsinə təyin edilib.


Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda