Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək

12 Oktyabr 2025 02:20 Digər növlər 5 116
Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək

Gəncə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumatda bildirilib.

9-16 noyabr tarixlərində keçiriləcək yarışda 17 ölkədən ən güclü gimnastlar kubok uğrunda mübarizə aparacaqlar.

9-11 noyabrda yeniyetmələr və 15 yaşadək idmançılar, 14-16 noyabrda isə böyüklər arasında yarışlar olacaq.

Çempionat Gəncə İdman Sarayında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM