Millimiz İspaniya və Fransa ilə eyni qrupa düşdü

16 İyul 2023 03:20 Digər növlər 1 412
Millimiz İspaniya və Fransa ilə eyni qrupa düşdü

Qolbol milli komandamız Paralimpiya üzrə birinci Avropa oyunlarında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, avqustun 8-dən 18-nə qədər Niderlandda keçiriləcək yarışda millimizin qrupdakı rəqibləri bəlli olub.

Belə ki, yığmamız Niderland, İspaniya və Fransa ilə eyni qrupda yer alacaq.

İdmançılarımız ilk görüşünü avqustun 10-da ispanlara qarşı keçirəcək.

Qolbol yarışları avqustun 10-dan 14-ə kimi davam edəcək.

Qolbol görmə qüsurları olanlar tərəfindən oynanılan idman növüdür və ilk dəfədir ki, Paralimpiya üzrə birinci Avropa oyunlarına daxil edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!