Britaniyalı jurnalist Azərbaycan idmanı ilə bağlı yeni məlumat paylaşdı

23 İyun 2023 02:30 Digər növlər 687
Britaniyalı jurnalist Azərbaycan idmanı ilə bağlı yeni məlumat paylaşdı

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin keçirilmə vaxtı dəyişdirilə bilər.

Sportinfo.az xəbər verir ki, hər ilin aprel ayında təşkil olunan yarışın sentyabra keçirilməsi müzakirə olunur.

Bu barədə britaniyalı jurnailst Co Seyvard öz bloqunda yazıb. O, tarix bəlli olmasa da, Azərbaycan Qran-Prisinin payızda Sunqapur yarışından öncə keçiriləcəyini bildirib.

2024-cü ildə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-Priləri bazar günü deyil, şənbə keçiriləcək. Buna səbəb Ramazan ayının martın 10-da, bazar günü başlamasıdır.

Nəticədə yarışlar Bəhreyndə martın 2-də, Səudiyyə Ərəbistanında isə ayın 9-da təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti