Azərbaycan gimnastları DÇ-də daha bir bürünc medal qazandı

10 İyul 2023 00:00 Digər növlər 997
Azərbaycan gimnastları DÇ-də daha bir bürünc medal qazandı

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri 5 iplə hərəkətlərin icrasında bürünc medala layiq görülüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qrup komandamız dünən çoxnövçülük proqramında bürünc medal qazanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti