Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək - “Grace of Nature”

27 İyul 2023 15:40 Digər növlər 469
Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək - “Grace of Nature”

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri keçiriləcək.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, yarış sentyabrda təşkil olunacaq.

Bölgədə baş tutacaq ilk beynəlxalq yarış çərçivəsində Naxçıvan Olimpiya İdman Kompleksində kiçikyaşlı, yeniyetmə və gənc gimnastlar mübarizə aparacaqlar.

Sentyabrın 21-də start götürəcək turnir iki gün davam edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti