Azərbaycanlı döyüşçülər Moskvada rusiyalılara “divan tutdu” - VİDEO

17 İyul 2023 03:00 Digər növlər 948
Azərbaycanlı döyüşçülər Moskvada rusiyalılara “divan tutdu” - VİDEO

Azərbaycanın iki MMA döyüşçüsü Rusiyanın paytaxtı Moskvada keçirilən “AMC Fight Nights 121” turnirində qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, yüngül çəkidə (70 kq-a qədər) Nurlan Həsənov rusiyalı Vladislav Palçikovla qarşılaşıb.

O, hakimlərin yekdil qərarı ilə qalib elan edilib.

Orta çəkidə (77 kq-a qədər) döyüşən Tahir Abdullayev isə digər rusiyalı idmançı Yuri Yermolenkodan güclü olub. O, hakimlərin səs çoxluğu ilə qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti