Azərbaycanı DÇ-da 2 və ya 3 gimnast təmsil edəcək

5 İyul 2023 18:20 Digər növlər 564
Azərbaycanı DÇ-da 2 və ya 3 gimnast təmsil edəcək

Azərbaycan bu il İspaniyanın Valensiya şəhərində keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına 2 və ya 3 idmançı göndərə biləcək.

Sportinfo.az xəbər verir ki, buna ölkə təmsilçilərinin 17-21 mayda Bakıda təşkil olunan qitə çempionatında uğurlu çıxışı səbəb olub.

Yarışda reytinqdə ilk 12 yeri tutan yığmalar mundialda daha çox gimnastla təmsil olunmaq hüququ əldə ediblər.

Siyahıda Azərbaycanın da adı var. İlk "12-lik"dən kənarda qalan ölkələrdən isə hərəyə bir idmançı dünya çempionatına qatılacaq.

Mundial 23-27 avqustda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti