Onların arasında Azərbaycan yığmasının üzvləri də var

5 İyul 2023 01:40 Digər növlər 482
Onların arasında Azərbaycan yığmasının üzvləri də var

Moldovanın paytaxtı Kişinyovda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir.

Sportinfo.az xəbər veirir ki, yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir.

Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Bu gün körpücük üzərinə Aytən Əliyeva çıxıb. O, yaşı 15-ə qədər olan qızlar arasında 59 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz toplam 140 kq (64+76) nəticə ilə 6-cı yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti