Prezident ad çəkdi: Kim(lər)dən razı qalıb? - İKİ VİDEO

2 İyul 2023 18:35 Digər növlər 1 475
Prezident ad çəkdi: Kim(lər)dən razı qalıb? - İKİ VİDEO

Azərbaycanın muaytay millisi Polşada keçirilən III Avropa Oyunlarını üç medalla başa vurub.

Komandamıza üçüncü medalı Emiliya Rzayeva (63,5 kq) qazandırıb.

Həlledici döyüşə vəsiqə uğrunda görüşdə Tereza Steçova (Çexiya) ilə qarşılaşan təmsilçimiz məğlub olaraq bürünc medalla kifayətlənib.

Muaytay yığmamızın digər üzvləri Xəyal Əliyev (67 kq) və Aysu Devrişova (57 kq) da yarışı üçüncü pillədə başa vurublar.

muaytay-millimiz-avropa-oyunlarini-uc-medalla-basa-vurdu

Millimiz III Avropa Oyunlarında dörd idmançı ilə təmsil olunub. Onlardan üçü mükafatçılar sırasında yer alıb.

Komanda oyunlara federasiya prezidenti Araz Musayev, baş məşqçi Azər Həsənsoy, gənclər üzrə baş məşqçi Fəxri Əliyevin rəhbərliyi ilə qatılıb.

İlk olaraq 67 kq çəki dərəcəsində Xəyal Əliyev gürcüstanlı rəqibinə 1-ci raundda nokautla qalib gəlib.

71 kq-da çıxış edən Məhəbbət Hümbətov polşalı, dünya çempionu olan rəqibindən 1-ci raundda üstün olsa da, 3 hakimdən 2-si qələbəni polşalı idmançıya veriblər.


Üç raundun yekununda hakimlərin səhvinə görə Məhəbbət qələbə qazana bilməyib.

Komandamızdan 3-cü olaraq döyüşə qoşulan Aysu Devroşova çətin mübarizənin sonunda Xorvatiyadan olan təcrübəli döyüşçüyə 3 raundun nəticəsində qalib gəlib.

Emili Rzayevanın rəqibi isə yarışdan kənarlaşdırılıb. Bu, komandamız tərəfindən fransalı idmançının çəkisinin artıq olmasının aşkarlanmasından sonra olub.

Federasiya prezidenti Araz Musayev komandanın çıxışını dəyərləndirib. O, gənclərin özünü yaxşı tərəfdən göstərdiyini bildirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti