Azərbaycan gimnastları Misirdə üç qızıl medal qazandı

19 İyun 2023 15:20 Digər növlər 590
Azərbaycan gimnastları Misirdə üç qızıl medal qazandı

Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Misirin paytaxtı Qahirədəki "Pharaohs Cup" turnirində üç qızıl medal qazanıblar.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, böyüklər arasında Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlükdə, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva üçlük proqramında birinci yeri tutublar.

Yeniyetmələrin yarışında isə Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova (üçlük proqramı) qızıl medala yiyələniblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti