Babayevdə problem aşkarlandı - İştirak edə bilməyəcək

17 İyun 2023 16:40 Digər növlər 455
Babayevdə problem aşkarlandı - İştirak edə bilməyəcək

Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək atletika üzrə Azərbaycan milli komandasının heyətində məcburi dəyişikliklər edilib.

Sportinfo.az xəbər verir ki, uzunluğa tullanma yarışlarında ölkəni təmsil etməli olan Nazim Babayev zədə səbəbindən yarışa qatıla bilməyəcək.

İdmançı ötən həftə keçirilən əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnib. Müayinədən sonra atletin Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib.

Onu Avropa Oyunlarında Kəsgin Abbaszadə əvəz edəcək. Son ölkə çempionatında yalnız Babayevdən geri qalan Abbaszadə 7.83 metr göstərici ilə U-20 və U-23 Azərbaycan rekorduna sahib çıxıb.

Bundan başqa, Əlhəm Nağıyev də eyni səbəbdən heyətdən kənarda qalıb. Polşada 100 və 200 metr məsafələrə qaçışda Aleksey Əliəkbərov mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti