Ermənilər Bakıya gəlmək niyyətində - Dünya çempionatında iştirak etmək üçün

15 İyun 2023 14:20 Digər növlər 855
Ermənilər Bakıya gəlmək niyyətində - Dünya çempionatında iştirak etmək üçün

Ermənistan Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin atıcılıq yığma komandasının baş məşqçisi Seyran Nikoqosyan deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı məktub ünvanlanıb və cavab gözləyirlər:

“Bakıya getmək istəyimizə rəhbərliyimiz də müsbət cavab verdi. Heyətimizə 15 nəfəri daxil edəcəyik”.

Atıcılıq üzrə dünya çempionatı avqustun 14-dən sentyabrın 3-dək Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti