Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün başa çatacaq.
Sportinfo.az xəbər verir ki, beşinci - sonuncu mərhələ Beyləqandan Şuşaya doğru nəzərdə tutulub.
Velosipedçilər Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından Şuşa şəhərinin girişinə qədər 134,9 km məsafə qət edəcəklər. Bununla da yarışın ümumi qalibi müəyyənləşəcək.
İyunun 7-də Bakıdan start götürən “Əziz Şuşa” beynəlxalq velosiped yarışına hazırda italiyalı Emanuele Ansaloni liderlik edir. Turnirin nəticələrinə əsasən, velosipedçilər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.

