iki azərbaycanlı Avropa çempionatında iştirak edəcək

24 May 18:20 Digər növlər 279
iki azərbaycanlı Avropa çempionatında iştirak edəcək

Azərbaycan millisi Sloveniyanın Bled şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa çempionatında iki idmançı ilə təmsil olunacaq.

Sportinfo.az xəbər verir ki, turnirdə Bəhmən Nəsiri və Ziya Məmmədzadə mübarizə aparacaq.

Məmmədzadə yüngül, Nəsiri isə ağır çəkili avarçəkənlər arasında çıxış edəcək. Hər iki idmançı 2000 metr məsafədə yarışacaq.

Avropa çempionatı 25 - 28 mayda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti