Bu, onların bizdən necə qorxduğunu, necə barbar olduğunu bir daha sübut edir"

23 May 2023 03:40 Digər növlər 363
Bu, onların bizdən necə qorxduğunu, necə barbar olduğunu bir daha sübut edir"

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın bayrağı yandırıldığına görə idmançılarımız bu ölkəni tərk etdi.

Sportinfo.az xəbər verir ki, həmin komandada yer alan Nazilə İsmayılova bu haqda sualları cavablandırıb.

"Çox məyusuq. Biz bu yarışa çox yaxşı hazırlaşmışdıq. Medallarımız ola bilərdi. Medal şansımız çox böyük idi.

Hətta İrəvanda himnimiz oxuna bilərdi. Mənə elə gəlir ki, erməni xalqı orada ikinci dəfə Azərbaycan himninin oxunmaması üçün belə bir təxribat törətdi.

Bu da onların bizdən necə qorxduğunu, necə barbar olduğunu bir daha sübut edir. Biz növbəti yarışlarda daha yaxşı iştirak edəcəyik.

Hər zaman olduğu kimi öz gücümüzü göstərəcəyik. Biz ora qalib ölkənin vətəndaşı kimi getmişdik. Təhlükəsizliyimiz təmin olunmadı.

Axşam saatlarında hoteli tərk edərkən dedilər ki, sizin təhlükəsizliyinizi təmin edə bilmirik, buna görə hoteldən çıxmayın.

Səhərisi gün ali baş komandanımız və birinci vitse-prezidentimiz sağolsunlar, bizi vətənə sağ-salamat qaytardılar".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı