
“Maksimumu etməyə çalışdım, çox şey alınmadı”.
Sportinfo.az xəbər verir ki, bunu bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Zöhrə Ağamirova Bakıda keçirilən 39-cu Avropa çempionatında topla fərdi çıxışında bürünc medal qazanması barədə deyib.
O, turnirə ciddi hazırlaşdığını bildirib və yekunda medal qazandığı üçün məmnunluq ifadə edib:
“Məqsədim proqramlarımı yaxşı yerinə yetirmək idi. Ciddi hazırlıq gedirdi. Şadam ki, medal qazana bildim”.
Z.Ağamirova onu və qrup hərəkətləri komandasını təbrik etdiyi üçün Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib:
“Mehriban xanıma diqqətinə görə təşəkkür edirəm. Onun bizi təbrik etməsinə görə çox şadıq”.