“Həmişə qorxularımızla yarışırıq” - Azərbaycan millisinin məşqçsindən maraqlı etiraf

23 May 2023 01:20 Digər növlər 415
“Həmişə qorxularımızla yarışırıq” - Azərbaycan millisinin məşqçsindən maraqlı etiraf

“Həmişə qorxularımızla yarışırıq, rəqiblərə baxmırıq. Amma hansı səviyyədə olduğumuzu görmək üçün onların fəaliyyətini təhlil edirik”.

Sportinfo.az xəbər verir ki, bunu bədii gimnastika üzrə Azərbaycan millisinin məşqçisi Siyana Vasileva Bakıda keçirilən 39-cu Avropa çempionatı ilə bağlı danışarkən deyib.

27 yaşlı mütəxəssis Azərbaycanın qrup hərəkətləri komandasının Avropa çempionu olmasından məmnunluqlarını bildirib:

“Çempionat bizim üçün uğurlu alındı. Doğma arenada çıxış etmək həmişə çətindir.

Ancaq belədə daha yaxşısını edə bilərsiniz. Açığı, birinci yer haqqında düşünmürəm. Sadəcə, öz işimi görürəm”.

Bolqarıstanlı məşqçi onlara təzyiqin gimnastlardan daha çox olduğunu vurğulayıb:

“İdmançıların psixoloji hazırlığının qaydasında olması üçün əlimizdən gələni edirik. Bu dəfə 5 halqa ilə milli musiqidən bir parça səsləndi.

Bundan xoşum gəldi. Çoxnövçülükdə də qalib gəlmək mümkündür. Bunun üçün çox çalışmaq lazımdır”.

S.Vasileva yeniyetmələrlə bağlı dəyişikliklər olacağını da deyib: “Aşağı yaş qrupundakı idmançılar böyüklərin komandasına düşməyə hazırlaşacaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti