Fərid Qayıbovun qonağı - FOTO

17 May 2023 03:00 Digər növlər 491
Fərid Qayıbovun qonağı - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan Rizin Döyüş Federasiyasının nümayəndə heyətini qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüşdə son illərdə MMA-ya Azərbaycanda marağın artdığı qeyd olunub və bu növün inkişafı istiqamətində görülən işlər müzakirə edilib.

Rizin Döyüş Federasiyasının qurucusu Sakakibara Nobuyukini səmimi qəbula görə nazirə minnətdarlıq edib. Son illərdə Azərbaycan idmançılarının döyüş idman növləri üzrə beynəlxalq yarışlarda çıxışları barədə fikir mübadiləsi aparılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti