Avropa Oyunlarına buraxılmayacaq - Rusiya və Belarus komandaları

17 May 2023 01:40 Digər növlər 570
Avropa Oyunlarına buraxılmayacaq - Rusiya və Belarus komandaları

Rusiya və Belarus idmançıları üçüncü Avropa Oyunlarına buraxılmayacaqlar.

Sportinfo.az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitələrinin (EOC) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, sözügedən ölkələrin təmsilçiləri yarışda heç bir statusda iştirak edə bilməyəcəklər.

Avropa Oyunları bu il iyunun 21-dən iyulun 2-dək Polşada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti