Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçiriləcək

15 May 2023 15:20 Digər növlər 1 295
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçiriləcək

2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, qərar Beynəlxalq Gimnastika Federasiyasının Şurasının Türkiyənin Antalya şəhərində baş tutan iclasında səsvermə yolu ilə qəbul edilib.

Yarış 15-19 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı, İsrail də namizədliyini irəli sürmüşdü. Bu, Azərbaycanın bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq.

Bakı 2005 və 2019-cu illərdə də mundiallara ev sahibliyi edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti