Azərbaycan gimnastlarından qızıl və gümüş medallar - “AGF Trophy”də

15 Aprel 2023 21:40 Digər növlər 509
Azərbaycan gimnastlarından qızıl və gümüş medallar - “AGF Trophy”də

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində Azərbaycan gimnastları qızıl və gümüş medallar qazanıblar.

Sportinfo.az xəbər verir ki, böyüklərdən ibarət millinin üzvləri Zöhrə Ağamirova və Alina Gözəlova komanda hesabında birinci olublar.

Bundan əlavə, bu gün başa çatan fərdi çoxnövçülük proqramında Zöhrə Ağamirova qızıl, Alina Gözəlova isə gümüş medala layiq görülüb.

Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı Azərbaycanın gənclərdən ibarət qrup komandasının üzvləri isə çoxnövçülük proqramında gümüş medal qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti