“Formula-1”-in keçiriləcəyi bu yollar gecə bağlanacaq - XƏBƏRDARLIQ

10 Aprel 2023 03:30 Digər növlər 386
“Formula-1”-in keçiriləcəyi bu yollar gecə bağlanacaq - XƏBƏRDARLIQ

“Formula-1”-in keçiriləcəyi yollar bu gecədən bağlanacaq.

Sportinfo.az xəbər verir ki, “Formula-1” Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işləri aparılır:

"Növbəti mərhələdə Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən bu gecə saat 22:00-dan etibarən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq tədbirə hazırlıq ərəfəsində yollarda aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar göstərdikləri anlayışa görə hərəkət iştirakçılarına öncədən təşəkkür edir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti