Fərid Qayıbov MMA döyüşçülərini qəbul etdi - FOTOLAR

9 Aprel 2023 02:20 Digər növlər 630
Fərid Qayıbov MMA döyüşçülərini qəbul etdi - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov MMA döyüşçüləri Mehman Məmmədov, Vüqar Kərəmov və məşqçi Ruslan Əfəndiyevi qəbul edib.

Sportinfo.az xəbər verir ki, o, idmançıların beynəlxalq yarışlarda iştirakı və onların qarşıdakı turnirlərə hazırlıq prosesi ilə maraqlanıb.

Görüşdə döyüşçülərin təlim-məşqləri, yarışlarda iştirakı və eləcə də uğurlu xarici təcrübənin öyrənilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq turnirlərə hazırlıq barədə məlumat verən Əfəndiyev bildirib ki, hazırda əsas diqqət iyulun 29-da Yaponiyanın paytaxtı Tokioda keçiriləcək yarışa yönəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti