"Müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir"

8 Aprel 2023 13:40 Digər növlər 457
"Müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir"

"Ümidvarıq ki, Azərbaycan Qran Prisi keçirilməyə davam edəcək. Çünki "Formula 1"in iqtisadi və sosial faydaları çoxdur".

Sportinfo.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, Bakıdakı yarışın müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir:

"Bu barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə bölüşüləcək".

Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. "Formula 1"lə hazırkı anlaşmanın müddəti bu il başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti