Özünü təriflədi, azərbaycanlı idmançını isə… BİR NEÇƏ SÖZ

5 Aprel 2023 02:30 Digər növlər 634
Özünü təriflədi, azərbaycanlı idmançını isə… BİR NEÇƏ SÖZ

"Fiziyev və Çendler elit səviyyəli döyüşçülər deyillər".

Sportinfo.az xəbər verir ki, bunu ABŞ-ın yüngül çəkidə MMA döyüşçüsü Castin Geyci Azərbaycan təmsilçisi Rafael Fiziyev haqqında danışarkən deyib.

O bildirib ki, idmançının səviyyəsi rinqdə verdiyi qərarlarda görünür:

"Dastin Porye, Çarlz Oliveyra, Beneil Dariuş və mən elit döyüşçülərik. Biz üç-dörd raund yüksək templə mübarizə aparıb yorulmaya bilərik.

Bəzən sonrakı raundlarda yorğunluq olsa belə, yenə də düzgün qərarlar veririk. Çandler və Fiziyev kimi idmançılar isə hələ də o səviyyədə çıxış edə bilmirlər".

Rafael Fiziyev İngiltərənin paytaxtı Londonda keçirilmiş "UFC-286" turnirində Castin Geyciyə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti