"Mənə elə gəlirdi ki, ciyər çatışmazlığı yaşayıram, nəfəs almaqda çətinlik çəkirdim"

4 Aprel 2023 02:00 Digər növlər 476
"Mənə elə gəlirdi ki, ciyər çatışmazlığı yaşayıram, nəfəs almaqda çətinlik çəkirdim"

"Avstraliya ilə Azərbaycan Qran Priləri arasında yaranacaq fasilə mənim üçün şansdır".

Sportinfo.az xəbər verir ki, bunu “Red Bull” pilotu Maks Ferstappen “Formula 1”in rəsmi saytına açıqlamasında deyib.

Mövsümün ilk iki Qran Prisində Bəhreyndə finişə birinci, Səudiyyə Ərəbistanında isə ikinci çatan 26 yaşlı niderlandlı sürücü səhhətində ciddi problemlər yaşadığını söyləyib

. O, ağ ciyərində ağrılarla yarışdığını bildirib:

“Mənə elə gəlirdi ki, ciyər çatışmazlığı yaşayıram. Yarış vaxtı normal nəfəs almaqda çətinlik çəkirdim.

Buna görə də Səudiyyə Ərəbistanında iki dövrədə özümü bərpa etməli oldum və nəticədə start zamanı 15-ci yerdə qərarlaşdım”.

Ferstappen aprelin 2-də baş tutacaq Avstraliya Qran Prisinin ardından fasilə yaranmasına sevindiyini gizlətməyib:

“Bu mərhələdən sonra Azərbaycan Qran Prisinə qədər özümü tam hazırlamağa üç həftə vaxtım olacaq. Bu müddətdə fitnesdə hazırlaşacam və proqrama qayıtmağa çalışacam".

Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. İlk iki mərhələdən sonra Ferstappen 44 xalla pilotların yarışına liderlik edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti