Daha bir məşhur Bakıya gəlir

1 Aprel 2023 14:20 Digər növlər 262
Daha bir məşhur Bakıya gəlir

“Formula 1” üzrə Azərbaycan qran-prisində çıxış edəcək daha bir məşhur musiqiçinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, niderlandlı DJ Don Diablo aprelin 28-də Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə şou sərgiləyəcək.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Daha əvvəl DJ Hardvellin aprelin 29-da çıxış edəcəyi açıqlanmışdı.

Azərbaycan qran-prisi 28-30 aprelə təsadüf edəcək.

Digər Xəbərlər
Xəbər Lenti