Rusiya idmançıları harada varsa, biz orada yoxuq – Ukraynadan qəti qərar!

31 Mart 2023 01:30 Digər növlər 261
Rusiya idmançıları harada varsa, biz orada yoxuq – Ukraynadan qəti qərar!

Ukrayna hökuməti rusiyalıların yarışacağı təqdirdə idmançılarının turnirlərdə iştirakını qadağan edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin sözcüsü Oleq Nemçinov məlumat verib.

Qərar bütün yarışlara, o cümlədən 2024-cü il Olimpiadasına seçmə müsabiqələrinə şamil edilir.

Bu qərar Beynəlxalq Olimpiya Komitəsinin Rusiya və Belarus idmançılarının iştirakı ilə bağlı yeni tövsiyələrinə cavab olaraq alınıb.

Belə ki, BOK-un tövsiyəsinə əsasən, Rusiya və Belarusdan olan insanlar yalnız neytral bayraq altında, Ukraynaya qarşı təcavüzü dəstəkləmədikləri halda və yalnız fərdi yarışlara qatıla bilərlər.

Rusiya və Belarusa komanda yarışlarına yasaq isə davam edir.

Digər Xəbərlər
Xəbər Lenti