Azərbaycanın bədii gimnastları Rumıniyada 5 medal qazandı

29 Aprel 2022 00:00 Digər növlər 352
Azərbaycanın bədii gimnastları Rumıniyada 5 medal qazandı

Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən 21-ci "Irina Deleanu Cup” beynəlxalq turnirə yekun vurulub.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda ölkəni təmsil edən Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb.

Komandanın digər üzvləri Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə 3-cü yerə layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda