AFFA bölgədə güləşlə məşğul olmaq istəyənlərə bu şəraiti yaradır

21 Aprel 2022 18:00 Digər növlər 791
AFFA bölgədə güləşlə məşğul olmaq istəyənlərə bu şəraiti yaradır

Ötən il noyabrın 1-də istifadəyə verilən Şamaxı şəhər stadionuna idman jurnalistlərinin səfər turu keçirilib.

AFFA-nın təşkilatçılığı ilə baş tutan səfərdə yenidən inşa olunan arena geniş mənada təqdim olunub, stadion haqda müəyyən məlumatlar diqqətə çatdırılıb.

Səfər turu çərçivəsində Şamaxı şəhər stadionunda əsas meydandan başqa əlavə iki kiçik həcmli meydançanın hazırlandığı göstərilib.

Müasir standartlara cavab verən paltardəyişmə və yuyunma otaqları, hakimlər otağı, tibb məntəqəsi və sair xüsusi zövqlə hazırlanıb.

Ən maraqlıdı stadionun ərazisində idman kompleksinin fəaliyyət göstərməsidir ki, burada yeni avadanlıqlarla bol olan fitness zalı, həmçinin qış aylarında uşaq komandalarının soyuqdan əziyyət çəkməməsi üçün qapalı meydançası vardır.

Stadionda güləş zalı da var. Lakin fəaliyyətə başlamayıb. İş burasındadır ki, AFFA isitmə və soyutma sistemi ilə təchiz olunmuş zalı yerli idman idarəsinə vermək istəyir.

Belədə Şamaxıda güləşə həvəs göstərən gənclər hər cür şəraitə sahib zalda hazırlıq keçə biləcək. Məkanın ən qısa zamanda fəaliyyətə başlaması nəzərdə tutulub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti