Fərid Qayıbov onları qəbul etdi, şərait və planları ilə maraqlandı

21 Aprel 2022 03:40 Digər növlər 634
Fərid Qayıbov onları qəbul etdi, şərait və planları ilə maraqlandı

Gənclər və idman naziri Fərid Qayıbov Xorvatiyanın Zaqreb şəhərində qitələrarası boccia çempionatında uğurla çıxış etmiş Azərbaycan paralimpiyaçılarını qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüş zamanı idmançılarımızı uğurlu çıxışları münasibətilə təbrik edən nazir federasiyanın fəaliyyəti, gələcək planları və idmançıların məşq şəraiti ilə maraqlanıb.

Qeyd olunub ki, boccia 2014-cü ildən yaransa da, ölkəmizdə bu federasiya 2018-ci ildən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə fəalyyətə başlayıb.

Bugünədək idmançılarımız beynəlxalq yarışlarda 3 qızıl, 7 bürünc medal qazanıblar.

Görüşdə nazir müavini Mariana Vasileva, Boccia İdman Federasiyasının Baş katibi və baş məşqçisi İlham Məhərrəmov, məşqçilərdən Taleh Zeynalov, Elşən Məhərrəmov, Ruhin Cəfərov, Nicat Ağayev, Mədinə Abbasova, idmançılardan Bəhruz Mirzəyev, Sona Ağayeva (hər ikisi qızıl medal), Orxan Kərimov (bürünc medal) və Zaur Veysəlov (6-cı yer) iştirak ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti