Fərid Qayıbov: "Sözsüz ki, hər bir uğurun arxasında…"

20 Aprel 2022 14:20 Digər növlər 590
Fərid Qayıbov: "Sözsüz ki, hər bir uğurun arxasında…"

"Bu, təkcə güləşdə deyil, idmanın bütün növlərində nəticəyə köklənmiş fəaliyyətin gücləndirilməsinə təsir edən görüş oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbova məxsusdur.

O, Prezident İlham Əliyevin Bolqarıstanda Avropa çempionu olmuş 23 yaşadək sərbəst güləşçiləri qəbul etdiyini xatırladıb:

"İdmançılar üçün güclü motivasiya olan bu qəbuldan sonra böyüklərdən ibarət komandamız da yüksək nəticə əldə etdi.

Tarixində ilk dəfə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komandalarımız eyni çempionatın ən yaxşısı oldular.

Sözsüz ki, hər bir uğurun arxasında çətin məşqlər, əziyyət, zəhmət dayanır".

Nazir 22 yaşadək boksçulardan ibarət Azərbaycan yığmasının da Xorvatiyanın Poreç şəhərində keçirilmiş Avropa çempionatında uğurla çıxış etdiyini vurğulayıb:

"Nazirlikdə komandamızla görüşdük və onları təbrik edib, yeni uğurlar arzuladıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti