Mədət Quliyevin prezidenti olduğu federasiyada dəyişiklik

19 Aprel 2022 09:20 Digər növlər 773
Mədət Quliyevin prezidenti olduğu federasiyada dəyişiklik

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı və loqotipi dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı rəsmi olaraq dəyişdirilib və bundan sonra Azərbaycan Velosiped Federasiyası (AVF) adlandırılacaq.

Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb və Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.

Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib. Yaxın günlərdə Azərbaycan Velosiped Federasiyasının yenilənmiş saytı da oxucuların istifadəsinə veriləcək.

Federasiyanın rəhbəri müdafiə sənayesi naziri Mədət Quliyevdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti