Ağayev məğlub etdiyi şəxslə ikinci dəfə… VİDEO

17 Aprel 2022 02:20 Digər növlər 628
Ağayev məğlub etdiyi şəxslə ikinci dəfə… VİDEO

Azərbaycanın karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevin peşəkarların mübarizə apardığı “Karate Kombat”dakı növbəti döyüşünün vaxtı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, turnirdə dördüncü mövsümə mayın 14-də start veriləcək.

37 yaşlı Rafael Ağayev isə yeni mövsümdə debütünü iyunun 11-də edəcək. Ağayev Macarıstan təmsilçisi Jolt Habda ilə yenidən qarşılaşacaq.

R.Ağayev bu ilin yanvarında Budapeştdə macar azarkeşlərin gözü önündə məğlub etdiyi rəqibi ilə ikinci döyüşünə çıxacaq.

Döyüş ABŞ-ın Orlando şəhərində baş tutacaq. Bu, turnirdə yeni mövsümün sayca 3-cü döyüşü olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti