Prezidentin köməkçisinin qardaşı federasiya prezident seçildi - FOTOLAR

16 Aprel 2022 01:50 Digər növlər 1 882
Prezidentin köməkçisinin qardaşı federasiya prezident seçildi - FOTOLAR

Azərbaycan Kamandan Oxatma Federasiyasının Hesabat-Seçki Konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə quruma prezident seçkisi baş tutub.

Biznesmen Şahin Mövsümov yenidən federasiyanın rəhbəri seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər.

Şahin Mövsümov 2007-ci ildən bu federasiyaya rəhbərlik edir. Holdinq rəhbəri olan Ş.Mövsümov Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun qardaşıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti