Nazir Rafaeli qəbul etdi

14 Aprel 2022 00:50 Digər növlər 587
Nazir Rafaeli qəbul etdi

Gənclər və idman naziri Fərid Qayıbov UFC döyüşçüsü Rafael Fiziyevi qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüş zamanı Azərbaycan əsilli idmançını uğurlu karyerası münasibətilə təbrik edən nazir, ona bundan sonrakı döyüşlərində də uğurlar arzulayıb.

Son illərdə Azərbaycan idmançılarının MMA döyüşlərində uğurla çıxış etdikləri qeyd olunub.

Bu baxımdan idmançılar arasında birgə təlim-məşqlərin, master klasların keçirilməsi idman növünün inkişafı baxımndan önəmlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti