“Qarabağ” - Avropa nəhənginə ŞOK yaşadan 10 klubdan biri

20 May 2020 12:58 Çempionlar Liqası 678
“Qarabağ” - Avropa nəhənginə ŞOK yaşadan 10 klubdan biri

“Atletiko”nun tarixi ərzində avrokuboklarda heç vaxt məğlub edə bilmədiyi komandaların siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, İspaniya nəhəngi indiyə qədər iki oyundan ibarət matçlarda 10 komandaya qalib gələ bilməyib.

Madrid klubunun biləyini bükə bilmədiyi klublar arasında “Qarabağ” da var. 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la “Atletiko” Bakıda 0:0, Madriddə isə 1:1 hesablı bərabərliyə imza atıb.

“Qarabağ”la yanaşı, “Atletiko”nun üstələyə bilmədiyi digər komandalar “Ayntraxt”, “Aris”, “Dinamo” (Drezden), “Syon”, “Bolton”, “Lans”, “Derbi”, APOEL və “Tottenhem” olub. Madridlilər ilk 4 komandaya hər iki matçda uduzubsa, “Bolton”, “Lans” və “Tottenhem”ə bir dəfə yenilib, “Derbi” və APOEL-lə hər iki oyunda bərabərə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"