“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko komanda yoldaşı Kazemiro haqqında fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sloveniyalı forvard, Kazemironu “işçi atı” adlandıraraq, onun dayanmadan çalışdığını bildirib:
“O, günün hansı saatı olursa olsun, heç vaxt dayanmır. Onun bizdə olmasından məmnunuq və getməsinə az qalmış ondan son dəqiqəyə qədər istifadə edəcəyik. Bizə çox kömək edir”.
Kazemiro 2022-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, cari mövsümdə 33 oyunda meydana çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə verib.
34 yaşlı yarımmüdafiəçi mövsümün sonunda “qırmızı şeytanlar”dan azad agent kimi ayrılacaq.

