“Mən əlimdən gələni etdim və heç vaxt başqa bir gerb uğrunda mübarizə aparmaq istəmədim”

22:00 İngiltərə 84
“Mən əlimdən gələni etdim və heç vaxt başqa bir gerb uğrunda mübarizə aparmaq istəmədim”

“Çelsi”nin qadın komandasının kapitanı Milli Brayt futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Sportinfo.az London təmsilçisinin bəyanatını təqdim edir:

“12 il, 314 oyun və 20 kubokdan sonra “Çelsi”nin kapitanı Milli Brayt aktiv futbolçu karyerasını başa vurmaq qərarına gəlib. O, klubumuzdan həqiqi əfsanə və komandamızın formasını ən uzun müddət geyinmiş oyunçu kimi ayrılır.

Milli 2015-ci ildə “Çelsi”nin ilk kubok qazanan heyətində yer alıb və bundan sonra əldə edilən bütün 19 uğurda iştirak edib.

Biz Milliyə “Çelsi” tarixindəki əvəzsiz töhfələrinə görə dərin təşəkkürümüzü bildiririk və məmnuniyyətlə qeyd edirik ki, o, klubda fəaliyyətini davam etdirəcək.

O, fondumuzun qəyyumlar şurasının üzvü kimi çalışacaq və bu, onun insanlara dəstək yönündəki fəaliyyətini davam etdirməsinə imkan yaradacaq. Bu işə o, hələ futbolçu olduğu dövrdə başlamışdı.

Bundan əlavə, Milli yeni rolunda – “Çelsi”nin səfiri kimi də klubumuzu təmsil edəcək ki, bu da onun bizimlə ayrılmaz bağlarını bir daha göstərir”.

Brayt özü isə bunları deyib:

“Son 12 il ərzində “Çelsi”nin formasını geyinmək mənim üçün hər şey idi, amma indi aktiv futbolçu karyeramla vidalaşmağa hazıram.

Mən bu işə əlimdən gələni verdim və heç vaxt başqa bir gerb uğrunda mübarizə aparmaq istəmədim.

Artıq vaxtdır və mən həyatımın yeni mərhələsinə qədəm qoymağa hazıram. Həmişə “Çelsi”nin bir parçası olacam – sadəcə, indi başqa bir rolda”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti