“Qol vura bilmirik, bunu yalnız hücumçuların üzərinə atmaq düzgün olmaz”

03:20 Qəbələ 60
“Qol vura bilmirik, bunu yalnız hücumçuların üzərinə atmaq düzgün olmaz”

“Məncə, bu oyundan həm müsbət, həm də mənfi məqamlar götürə bilərik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin qanalı legioneri İsaak Amoah deyib.

25 yaşlı müdafiəçi Premyer Liqanın son turunda evdə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə haqqında fikirlərini bölüşüb:

“Yaxşı oynadıq, rəqibdən üstün idik, çoxlu qol şanslarımız oldu. Təəssüf ki, istədiyimiz xalları qazana bilmədik.

Əsas problem qol şanslarımızdan istifadə edə bilməməyimiz idi. Amma bunu yalnız hücumçuların üzərinə atmaq düzgün olmaz.

Rəqib müdafiədə çox yaxşı oynadı və bizə çətinlik yaratdı. Sadəcə, daha çox işləməli və belə hallarda daha dəqiq olmalıyıq.

Hazırda qarşıdakı oyuna hazırlaşmalı və işləməyə davam etməliyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!