“Çox məyusam, qəzəb hissi keçirirəm - Mənə heç kim zəng etməyib”

25 Aprel 15:40 İngiltərə 652
“Çox məyusam, qəzəb hissi keçirirəm - Mənə heç kim zəng etməyib”

“Çelsi”də baş verən son dəyişikliklər komandanın sabiq kapitanı Con Terri üçün məyusedici olub.

London təmsilçisi baş məşqçi Liam Rosenyorla yollarını ayırdıqdan sonra komandaya müvəqqəti olaraq Kallum Makfarleyn rəhbərlik etməyə başlayıb.

Ancaq yeni məşqçi heyətində Terrinin yer almaması sabiq kapitanın narazılığına səbəb olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş müdafiəçi çox məyus olduğunu deyib:

“Çox məyusam. Qəzəb hissi keçirirəm və “Çelsi” azarkeşlərinin narazılığını anlayıram.

Kallumun məşqçilər heyətinin necə formalaşacağını bilmirəm. Mənə heç kim zəng etməyib, heç bir mesaj almamışam. Akademiyada işimi davam etdirəcəm”.

“Çelsi” ilə 15 titul qazanan (futbolçu kimi) Con Terri London klubunun akademiyasında qeyri-rəsmi məsləhətçi kimi fəaliyyət göstərir.

O, daha əvvəl məşqçi karyerasında “Aston Villa” və “Lester” klublarında köməkçi məşqçi kimi çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?