PSJ “Monako”nun vingeri Maqnes Akliuşla maraqlanır.
Paris təmsilçisinin baş məşqçisi Luis Enrike heyətdə ciddi dəyişikliklər etmək istəməsə də, yay transfer pəncərəsində hücum xəttini yeni oyunçularla gücləndirməyi planlaşdırır.
Sportinfo.az “Footmercato”-ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu bu məqsəd üçün əsas namizədlərdən biri hesab olunur.
Akliuş baş məşqçinin tələblərinə tam cavab verir.
Fransalı futbolçu cari mövsümdə “Monako”nun heyətində 39 oyunda iştirak edib, 7 qol vurub və 9 məhsuldar ötürmə verib.

