“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers PSJ-nin transfer siyahısına düşüb.
Sportinfo.az “Talk Sport”-a istinadən xəbər verir ki, Paris təmsilçisi ingiltərəli futbolçuya ciddi maraq göstərir.
Bildirilir ki, komandanın baş məşqçisi Luis Enrike Rocersin oyununu yüksək qiymətləndirir və onu heyətdə görmək istəyir.
23 yaşlı oyunçu da yay transfer pəncərəsində klubunu dəyişməyə açıqdır. Transferin təxminən 92 milyon avroya başa gələ biləcəyi söylənilir.
Rocersə təkcə PSJ yox, həmçinin, “Arsenal”, “Mançester Yunayted” və “Çelsi” kimi klublar da maraq göstərir.

