Kərim keçmiş klubuna qayıdışı istisna etmədi, ancaq…

25 Aprel 00:20 Fransa 961
Kərim keçmiş klubuna qayıdışı istisna etmədi, ancaq…

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Kərim Benzema “Lion”a mümkün qayıdışı ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı forvard sosial şəbəkə vasitəsilə doğma klubuna futbolçu kimi qayıtma ehtimalının çox aşağı olduğunu bildirib.

Bununla belə, gələcəkdə “Lion”da rəhbər vəzifədə çalışa biləcəyini də istisna etməyib.

Fransalı hücumçu 2005-2009-cu illərdə məhz “Lion”un şərəfini qoruyub. Daha sonra isə “Real”a transfer olunaraq uzun illər orada çıxış edib.

Benzemanın “Əl-Hilal”la müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?